Bəzi bölgələrə qar yağacaq - XƏBƏRDARLIQ

17:20 22.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Hafta.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.